...

ABŞ hipersəs raketinin "AGM-183A" modelini sınaqdan keçirib

Dünya xəbərləri Materials 25 Mart 2023 08:45 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri bu ay hipersəs raketinin "AGM-183A" modelini sınaqdan keçirib.

Trend xəbər verir ki, bu barədə "Defense News" portalı məlumat yayıb.

Məlumata əsasən, martın 13-də ABŞ-ın Kaliforniya ştatında bu hipersəs qanadlı raketin prototipinin ikinci sınaq buraxılışı baş tutub. Raketin buraxılması qitələrarası strateji bombardmançı "B-52H Stratofortress" tərəfindən həyata keçirilib.

Eyni zamanda, portal sınaqların uğurlu olub-olmaması barədə məlumat vermir. ABŞ Hərbi Hava Qüvvələrindən bildirilib ki, "onlar bəzi məqsədlərə nail olublar".

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti