...

İsraildə müdafiə nazirinin istefasından sonra etiraz aksiyaları başlayıb (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 27 Mart 2023 00:37 (UTC +04:00)
İsraildə müdafiə nazirinin istefasından sonra etiraz aksiyaları başlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

İsraildə bazar günü axşam baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarını dayandırmağa çağıran müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra etiraz aksiyaları başlayıb.

Trend xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Məlumata əsasən, yüzlərlə etirazçı Təl-Əvivin şərqində Müdafiə Nazirliyinin binasının yerləşdiyi hökumət binaları kompleksinin qarşısına gəlib və nəqliyyatın hərəkətini bağlayıb. Yollarda tıxac yaranıb. Digər bir qrup etirazçı həmin ərazidə yerləşən Ayalon şossesinə çıxıb nəqliyyatın hərəkətini dayandırıblar.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti