...

Bayden may ayında III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək

Dünya xəbərləri Materials 1 Aprel 2023 05:48 (UTC +04:00)
Bayden may ayında III Çarlzın tacqoyma mərasimində iştirak etməyəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden III Çarlzın may ayında Londonda keçiriləcək tacqoyma mərasimində iştirak etməyəcək.

Trend-in məlumatına görə, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Tacqoyma mərasiminə Amerika prezidentinin yerinə ABŞ-ın birinci xanımı Cil Bayden gələ bilər.

Nəşr bildirib ki, xarici səfərlər 80 yaşlı dövlət başçısına mənfi təsir göstərir, ona görə də prezident administrasiyası onların sayını minimuma endirməyə çalışır, yalnız ən zəruri xarici səfərləri saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti