...

Finlandiyada parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 2 Aprel 2023 01:28 (UTC +04:00)
Finlandiyada parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Bu gün Finlandiyada parlament seçkiləri keçiriləcək.

Trend xəbər verir ki, respublikanın səs vermək hüququ olan vətəndaşları birpalatalı parlamentin 200 deputatını dörd il müddətinə seçəcəklər.

Səsvermədə qeydə alınmış 22 partiyadan 2,4 mindən çox namizəd iştirak edir.

Seçki məntəqələri səhər saat 9:00-da açılacaq və axşam saat 20:00-a kimi fəaliyyət göstərəcək. Səsvermənin ilkin nəticələri saat 20:00-dan sonra məlum olacaq və bazar günündən bazar ertəsinə keçən gecə əlavə olunacaq. Seçkinin yekun nəticələri aprelin 5-də açıqlanacaq.

Yeni parlament aprelin 11-də işə başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti