Bakı. Trend:
Nigeriyanın şimal-qərbində silahlılar bu gün səhər saatlarında çoxlu uşaq və qadınların da olduğu 80 nəfəri qaçırıblar.
Trend-in məlumatına görə, bu barədə "Premium Times" qəzeti xəbər verib.
Məlumata əsasən, silahlılar 80 nəfəri qaçıraraq naməlum istiqamətə aparıblar. Yerli sakinlər oğurlananların sayının 100-ü keçə biləcəyini istisna etmirlər.
Silahlıların tapılması və oğurlananların azad edilməsi üçün əraziyə gücləndirilmiş hərbi polis dəstəsi göndərilib.