Bakı. Trend:
Fransanın Marsel şəhərində yaşayış evinin uçması nəticəsində 5 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bunu "BFM" telekanalına açıqlamasında şəhərin meri Benua Payan bildirib.
"Beş nəfər nisbi təcili tibbi yardım tələb olunan vəziyyətdə xəstəxanaya yerləşdirilib", - deyə mer bildirib.
Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil.
"Qurbanların olacağına hazırlaşmalıyıq" - deyə mer əlavə edib.
Xatırladaq ki, hadisə yerli vaxtla 00:40-da baş verib. İlkin versiyaya görə, səbəbi hələlik müəyyən edilməyən partlayış olub.