...

Martda Türkiyədə satın alınan mənzillərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 17 Aprel 2023 12:26 (UTC +04:00)
Martda Türkiyədə satın alınan mənzillərin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin mart ayında Türkiyədə 105 min 476 mənzil satın alınıb ki, bu da 2022-ci ilin mart ayı ilə müqayisədə 21,4 faiz azdır.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə,2023-cü ilin yanvar-mart aylarında Türkiyədə 283 min 215 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin mart ayında Türkiyədə xarici vətəndaşlara 3 min 415 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,7 faiz azdır.

Hesabat dövründə əcnəbilər ən çox mənzili Antalya şəhərindən alıblar.

Belə ki, Antalyada əcnəbilərə satılan mənzillərin sayı 1 min 324 olub ki, onu sırası ilə 1 min 90 mənzil ilə İstanbul və 240 mənzil ilə Mersin izləyib.

Əlavə olaraq qeyd edək ki, Türkiyədə ən çox mənzil alan xarici vətəndaşlar 1 min 175 nəfər ilə Rusiyadan olub. Onları sırası ilə İran (472), İraq (165) və Ukrayna (160) izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti