Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş səfir Feridun Sinirlioğlunu Əfqanıstan Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru təyin edib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bunu baş katibin sözçüsü Stefan Düjarrik BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik brifinqdə bildirib.
BMT-nin bəyanatına görə, Sinirlioğlu Əfqanıstanın üzləşdiyi cari çağırışları müstəqil şəkildə qiymətləndirmək, “bütöv və tutarlı” tövsiyələr vermək tapşırılıb.
Məlumat üçün qeyd edək ki, Feridun Sinirlioğlu 2015-ci ildə Türkiyənin xarici işlər naziri olub. Sinirlioğlu 2016-2023-cü illərdə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.