...

ROKETSAN-ın istehsal etdiyi CENK ballistik raketi sınaqdan keçiriləcək

Dünya xəbərləri Materials 13 May 2023 13:36 (UTC +04:00)
ROKETSAN-ın istehsal etdiyi CENK ballistik raketi sınaqdan keçiriləcək

Bakı. Trend:

Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi ilk orta mənzilli CENK ballistik raketinin qısa zamanda sınaq atışını həyata keçirəcəyi gözlənilir.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, yerli istehsal mühərrik və yanacaq sistemləri olan ballistik raketin 1000+ kilometr mənzilə sahib olacağı gözlənilir.

Məlumata əsasən, ballistik raketin uc hissəsində yüksək manevr qabiliyyəti üçün kanartlar konfiqurasiyası var və raketin idarəetmə qanadlarının da olcağı planlaşdırılır.

Qeyd edək ki, ballistik raketlər bir və ya bir neçə kimyəvi, bioloji, nüvə və yaxud konvensional döyüş başlığı daşıyan və döyüş başlıqlarını müxtəlif hədəflərə yönəldə bilən raket sistemləridir. Döyüş başlığı, mühərrik, yanacaq çəni və s. kimi sistemdən ibarət ballistik raketlərin, adətən yalnız döyüş başlıqları hədəfə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti