...

Parisin elit rayonunda atışma olub

Dünya xəbərləri Materials 24 May 2023 22:58 (UTC +04:00)
Parisin elit rayonunda atışma olub

Bakı. Trend:

Parisin elit sayılan VIII rayonunda, xüsusən də Yelisey sarayı və Zəfər tağının yerləşdiyi küçədə naməlum şəxslər 30 yaşlı kişini güllələyiblər.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü "20 Minutes" qəzeti məlumat yayıb.

Məlumata əsasən, hadisədə həlak olan "30 yaşlı daşınmaz əmlak agentliyi işçisi motosikletli naməlum şəxslər tərəfindən ofisin qapısında güllələnib".

Qeyde dilir ki, güllə yarası alan şəxs yaxınlıqdakı mağazaya sığınıb və həkimlərin gəlməsini gözləyib, lakin daha sonra dünyasını dəyişib.

Hücum edənlərin nəqliyyat vasitələri Parisdən bir neçə kilometr cənubda polis tərəfindən tapılıb. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb və şübhəlilərin kimliyini müəyyənləşdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti