...

Parisdə etiraz aksiyası zamanı 28 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 6 İyun 2023 22:54 (UTC +04:00)
Parisdə etiraz aksiyası zamanı 28 nəfər saxlanılıb

Bakı. Trend:

Fransanın paytaxtı Paris şəhərində 2023-cü ilin yanvarından bəri pensiya islahatına qarşı keçirilən 14-cü etiraz günü çərçivəsində həmkarlar ittifaqları tərəfindən təşkil edilən etiraz aksiyası zamanı 28 nəfər polislər tərəfindən saxlanılıb.

Trend xəbər verir ki, onlardan 14-ü etiraz aksiyası başlamadan əvvəl saxlanılıblar.

Saxlanılanların əksəriyyəti aksiyaya qadağan olunmuş əşyalar gətirməyə cəhddə ittiham olunub.

"Ümumi Əmək Konfederasiyası"nın məlumatına görə, Fransada pensiya islahatına qarşı keçirilən etiraz aksiyalarında 900 minə yaxın insan iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti