...

Pakistanda daşqınlar nəticəsində 25 nəfər həlak olub

Dünya xəbərləri Materials 11 İyun 2023 07:54 (UTC +04:00)

Bakı. Trend:

Pakistanda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 25 nəfər ölüb, 145 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, ölkənin şimal-qərbindəki Xayber-Paxtunxva vilayətinin bir sıra rayonlarında leysan yağışları yağıb.

Pakistanın Baş naziri Şahbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib və Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə bölgələrdə zərər çəkənlərə kömək etmək üçün addımlar atmağı tapşırıb.

Xəbər lenti

Xəbər lenti