...

İspaniya Ukraynaya səhra xəstəxanası və zirehli transportyorlar göndərəcək

Dünya xəbərləri Materials 16 İyun 2023 00:43 (UTC +04:00)

Bakı. Trend:

İspaniya hökuməti Ukraynaya səhra xəstəxanası, həmçinin daha 20 zirehli transportyor verəcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Marqarita Robles deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zirehli transportyorlar ilkin olaraq iyunun 19-da Polşaya çatacaq və artıq təhvil verilən 40 maşın, həmçinin təmirdə olan 4 ədəd "Leopard 2A4" tankına əlavə olunacaq.

M.Robles də Kiyevə səhra xəstəxanasının verilməsini açıqlayıb. “Onun çatdırılmasından əvvəl ukraynalı hərbçilərə İspaniyada təlim keçmək planlaşdırılır”, - deyə İspaniya Müdafiə Nazirliyi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti