...

Çin torium nüvə reaktorunu işə salır

Dünya xəbərləri Materials 17 İyun 2023 09:46 (UTC +04:00)
Çin torium nüvə reaktorunu işə salır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Çin ölkənin ilk torium reaktorunu istifadəyə verməyə hazırlaşır.

Trend-in məlumatına görə, Çin hakimiyyəti 2 MW gücündə olacaq bu reaktorun istismara verilməsini təsdiqləyib, lakin ilkin olaraq bir sıra sınaqlar aparılacaq.

Torium reaktorlarının adi nüvə reaktorlarından daha təhlükəsiz və ekoloji cəhətdən təmiz olduğu bildirilir və onlar enerji yaratmaq üçün uran əvəzinə toriumdan istifadə edirlər. Digər tərəfdən, torium urandan daha əlçatan elementdir və ehtiyatları da daha çoxdur.

Qeyd edək ki, Çin torium reaktoru texnologiyasını fəal şəkildə inkişaf etdirən azsaylı ölkələrdən biridir. Hesabata görə, Çin 20 min ildən artıq bir müddətdə ölkənin ehtiyaclarını ödəyə biləcək qədər böyük torium ehtiyatına malikdir. Başqa sözlə, Çindəki torium ehtiyatı ölkə üçün 20 min il elektrik enerjisi istehsal edə biləcək.

Ölkə rəsmiləri ümid edirlər ki, torium reaktorları gələcəkdə əsas enerji mənbəyinə çevriləcək və bu sayədə qalıq yanacaq istehlakı, eləcə də karbon qazı emissiyaları azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti