...

Kamçatka sahillərində 4,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 21 İyun 2023 07:54 (UTC +04:00)
Kamçatka sahillərində 4,8 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Sakit okeanda Rusiya Federasiyasının Kamçatka yarımadası ilə Komandor adalarının tərkbində olan Berinq adası arasında 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Berinq adasında yerləşən Nikolskoye kəndindən 145 km qərbdə, Ust-Kamçatsk qəsəbəsindən isə 164 km cənub-şərqdə yerləşib.

Yeraltı təkanların ocağı 26 km dərinlikdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti