...

Moskvada iyunun 26-sı qeyri-iş günü elan olundu

Dünya xəbərləri Materials 24 İyun 2023 20:48 (UTC +04:00)
Moskvada iyunun 26-sı qeyri-iş günü elan olundu

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada iyunun 26-sı qeyri-iş günü elan edilib.

Trend şənbə günü xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün rəsmi “Telegram” kanalında məlumat verib.

O, ölkədəki mürəkkəb vəziyyətlə əlaqədar iyunun 26-ı, yəni bazar ertəsi gününü qeyri-iş günü elan edib.

“Riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində dövlət orqanları və fasiləsiz iş müəssisələri, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim”, - mer vurğulayıb.

Sobyanin şəhər xidmətlərinin yüksək hazırlıq rejimində işləyəcəyini diqqətə çatdırıb və paytaxt əhalisini küçəyə çıxmaqdan çəkinməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti