...

Türkiyənin xarici işlər naziri BMT-nin baş katibi ilə taxıl sazişini müzakirə edib

Dünya xəbərləri Materials 28 İyun 2023 07:04 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, telefon danışığı BMT baş katibinin təşəbbüsü ilə baş tutub. Hakan Fidan A.Quterreşlə Ukrayna limanlarından taxıl ixracı və Suriyaya humanitar yardımına dair İstanbul razılaşması ilə bağlı məsələləri müzakirə edib. Nazirlik bildirib ki, A.Quterreş Hakan Fidanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti