...

Stoltenberqin səlahiyyət müddəti daha bir il uzadıldı

Dünya xəbərləri Materials 4 İyul 2023 13:40 (UTC +04:00)
Stoltenberqin səlahiyyət müddəti daha bir il uzadıldı

Bakı. Trend:

Yens Stoltenberqin NATO Baş katibi kimi səlahiyyət müddəti artırılıb.

Trend xəbər verir ki, bu barədə Baş katib Stoltenberq "Twitter" hesabında bildirib.

"NATO müttəfiqlərinin Baş katib kimi səlahiyyət müddətimi 2024-cü il oktyabrın 1-dək uzadıb. Bu qərara görə şərəf duyuram. Avropa və Şimali Amerika arasındakı Transatlantik bağ 75 ilə yaxındır ki, bizim azadlığımızı və təhlükəsizliyimizi təmin edib. Alyansımız indi daha çox təhlükəli olan dünyada həmişəkindən daha vacibdir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti