...

Ərdoğan Ərəb ölkələrində keçiriləcək biznes forumunda iştirak edəcək

Dünya xəbərləri Materials 14 İyul 2023 15:11 (UTC +04:00)
Ərdoğan Ərəb ölkələrində keçiriləcək biznes forumunda iştirak edəcək

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində biznes forumları keçiriləcək.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası öz rəsmi twitter hesabında paylaşım edib.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə rəsmi səfəri münasibətilə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də iş forumları təşkil edəcəyik. İyulun 17-də Ciddədə Səudiyyə Ərəbistanı-Türkiyə Biznes Forumu, iyulun 18-də Dohada Qətər-Türkiyə Biznes Forumu, iyulun 19-da Əbu-Dabidə BƏƏ-Türkiyə Biznes Forumu keçiriləcək",- deyə paylaşımda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti