...

Putin hərbi xidmətlə bağlı yeni qanun imzaladı

Dünya xəbərləri Materials 24 İyul 2023 13:50 (UTC +04:00)
Putin hərbi xidmətlə bağlı yeni qanun imzaladı

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin hərbi rütbəsi zabit rütbəsindən aşağı olan vətəndaşlar üçün yaş həddini 5 il artıran qanun imzalayıb.

Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sənəd hüquqi informasiya portalında dərc olunub.

Məlumata görə, qanun əsgər, matros, serjant, komandir, gizir və miçman rütbələrində olanlara şamil edilir. Birinci kateqoriyaya aid olan hərbi qulluqçular üçün yaş həddi 35-dən 40-a, ikinci kateqoriyalar üçün 45-dən 50-yə, üçüncülər üçün 50-dən 55-ə qaldırılır. Dərəcələr yaş, rütbə və cinsdən asılıdır.

Eyni zamanda, vətəndaşların səfərbərlik ehtiyatında qalmasının yuxarı yaş həddi beş il artırılıb: yüksək rütbəli zabitlər üçün 60 yaşdan 65 yaşa, kiçik zabitlər üçün 55 yaşdan 60 yaşa, digər rütbələrdə olanlar üçün 45 yaşdan 55 yaşadək.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti