...

İspaniya sahillərində göyərtəsində iki ton kokain olan qayıq tutulub

Dünya xəbərləri Materials 2 Avqust 2023 17:55 (UTC +04:00)
İspaniya sahillərində göyərtəsində iki ton kokain olan qayıq tutulub

Bakı. Trend:

İspaniya polisi Santander (Kantabriya muxtar icması) sahillərində göyərtəsində iki ton kokain olan yelkənli qayığı ələ keçirib.

Trend xəbər verir ki, Krallığın mülki qvardiyasının məlumatına görə, gəmi Böyük Britaniya bayrağı altında üzürmüş.

Müsadirə edilən narkotik vasitələrin qara bazarda dəyəri 70 milyon avro məbləğində qiymətləndirilir.

Əməliyyat Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.

Kokainin İspaniya sahillərinə Cənubi Amerikadan gətirildiyi ehtimal edilir. Yelkənli qayığın dörd ekipaj üzvü saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti