...

Aşqabadda Türkmənistan, Tacikistan və Özbəkistan sammiti keçiriləcək - BU TARİXDƏ

Dünya xəbərləri Materials 3 Avqust 2023 11:08 (UTC +04:00)
Aşqabadda Türkmənistan, Tacikistan və Özbəkistan sammiti keçiriləcək - BU TARİXDƏ

Bakı. Trend:

Avqustun 4-də Aşqabadda Türkmənistan, Tacikistan və Özbəkistan prezidentləri Sərdar Berdiməhəmmədov, Emoməli Rəhmon və Şavkat Mirziyoyevin görüşü baş tutacaq.

Trend-in məlumatına görə, sammitdə üç dövlət arasında iqtisadiyyat, səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Həmçinin, nəqliyyat dəhlizlərinin, ilk növbədə dəmir yollarının daha da inkişafı və ticarət prosedurlarının asanlaşdırılması ilə bağlı məsələlər nəzərdən keçiriləcək.

Türkmənistan-Tacikistan münasibətlərində nəqliyyat, su energetikası və ekologiya sahələrində qarşılıqlı fəaliyyət mühüm yer tutur. İki ölkənin səyləri Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərinin birləşməsini təmin edən müasir infrastrukturun yaradılmasına yönəlib. Türkmənistan-Özbəkistan əməkdaşlığına gəlincə, Amudərya üzərindən keçən avtomobil və dəmir yolu körpüləri Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərindən Xəzər dənizinə, daha sonra Qara dəniz və Aralıq dənizi regionlarına, Avropa, Qafqaz, Yaxın Şərq ölkələrinə yük axınları üçün birbaşa çıxış açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti