Bakı. Trend:
“X”ə (keçmiş “Twitter”) rəqib kimi tanınan “Threads” sosial şəbəkəsi yaxın həftələrdə axtarış funksiyasını və tətbiqin veb-versiyasını işə salacaq.
Trend xəbər verir ki, bu barədə sosial şəbəkədəki səhifəsində “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.
“Axtarış və veb-versiya yaxın bir neçə həftə ərzində əlçatan olacaq”, - deyə o, bildirib.
Qeyd edək ki, “Threads” proqramı iyulun 5-dən istifadəyə verilib. Yeni sosial şəbəkənin abunəçilərinin sayı həmin andan bir sutka ərzində 30 milyona çatıb.