...

Zukerberq Maskla döyüşə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 7 Avqust 2023 06:00 (UTC +04:00)
Zukerberq Maskla döyüşə hazır olduğunu bildirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Meta" şirkətinin baş direktoru Mark Zukerberq "X" şirkətinin (keçmiş "Twitter") sahibi İlon Maskla döyüşə hazır olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə M.Zukerberq özünün "Threads" sosial şəbəkəsindəki hesabında yazıb.

"Mən bu gün hazıram. O (İlon Mask - red.) ilk dəfə (döyüş - red.) təklif edəndə, mən döyüşün avqustun 26-da keçirilməsini təklif etdim, amma təsdiqini almadım", - deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində M.Zukerberqlə döyüşün "X"də canlı yayımlanacağını və bundan əldə edilən bütün gəlirin veteranlara veriləcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti