...

Burkina-Fasoda silahlıların hücumu nəticəsində 20 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Avqust 2023 00:54 (UTC +04:00)

Bakı. Trend:

Burkina-Fasonun Noxao şəhərində silahlılar tərəfindən edilən hücum nəticəsində azı 20 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, digər şəhərdə yerləşən bazardan qayıdan tacirlərin avtomobil karvanı hücuma məruz qalıb. Hücum edən şəxslər sağ qalanların və şahidlərin müxtəlif ifadələrinə görə, 20-dən 25-ə qədər insanı öldürüblər. Daha sonra onlar tacilərin avtomobilini talan edərək yandırıblar.

Qeyd olunub ki, təxminən 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilmək üçün qonşu Bittu şəhərinə təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti