Bakı. Trend:
İrəvanda sərnişin avtobusunun yan şüşəsinə atəş açılıb.
Trend erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan polisinin mətbuat xidməti təsdiqləyib.
Məlumata görə, sərnişin avtobusunun şüşəsi yararsız hala düşüb.
Atəş açanın kimliyi hələlik məlum deyil. Hadisə yerinə polis və istintaq qrupu cəlb olunub.