...

Türkiyə daha bir şəhid verdi

Dünya xəbərləri Materials 11 Avqust 2023 09:37 (UTC +04:00)
Türkiyə daha bir şəhid verdi

Bakı. Trend:

Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 21-də İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı zamanı yaralanan çavuş Ege Süleyman Görece müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, indiyə kimi “Pençe-Kilit” əməliyyatında 6 hərbçi şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti