...

Son bir ayda COVID-19-a yoluxma halları artıb - ÜST

Dünya xəbərləri Materials 15 Avqust 2023 11:37 (UTC +04:00)
Son bir ayda COVID-19-a yoluxma halları artıb - ÜST

Bakı. Trend:

Son bir ayda COVID-19-a yoluxma halları 80% artıb. ÜST bunu koronavirusun yeni variantı olan “Eris”in sürətlə yayılması ilə əlaqələndirir.

Trend xəbər verir ki, ÜST-ün məlumatına görə, dünyada COVID-19-a yoluxma hallarının sayı əvvəlki dörd həftəlik dövrlə müqayisədə 80% artıb.

Eyni zamanda xəstəlikdən ölüm nisbəti 57% azalıb. COVID-19-un “Omikron” variantının alt törəməsi olan “Eris” (EG.5) sürətlə yayılıb və bu da oxşar nəticələrə malikdir.

ÜST sayıqlığı itirməməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti