...

Türkiyənin Qazaxıstana sement ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 16 Avqust 2023 16:46 (UTC +04:00)
Türkiyənin Qazaxıstana sement ixracının həcmi açıqlanıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Qazaxıstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə, 5,8 faiz azaldaraq, 6,3 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, iyul ayında Türkiyə Qazaxıstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 12,4 faiz artıraraq, 1,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq, 2,8 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 372,6 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 10,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 5 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti