...

NATO Ukraynanı qələbə çalana qədər dəstəkləyəcək - Stoltenberq

Dünya xəbərləri Materials 17 Avqust 2023 16:03 (UTC +04:00)
NATO Ukraynanı qələbə çalana qədər dəstəkləyəcək - Stoltenberq

Bakı. Trend:

NATO Ukraynanı qələbə çalana qədər dəstəkləyəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq Osloda keçirdiyi mətbuat konfransında bildirib.

“NATO Ukraynanı müharibədə qalib gələnə qədər dəstəkləyəcək. Sülh şərtlərini ukraynalılar müəyyən etməlidir, NATO-nun vəzifəsi ukraynalıları dəstəkləməkdir. Danışıqlar üçün şərtlərin nə vaxt yaranacağına və danışıqlar masasında nəyin məqbul olacağına yalnız onlar qərar verə bilər", - o qeyd edib.

“Vəziyyət olduqca qeyri-müəyyən olaraq qalsa da, ukraynalılar sabit irəliləyiş əldə edirlər”, - Stoltenberq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti