Bakı. Trend:
Terrorçular Pakistanın təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.
Trend xəbər verir ki, bu barədə ölkənin Baş naziri səlahiyyətlərini icra edən Ənvar-ül-Haq Kakar bildirib.
Pakistanın Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda bomba partlayışı nəticəsində 13 nəfər həlak olub.