...

CAR-da güclü yanğında ölənlərin sayı 73-ə çatdı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 31 Avqust 2023 16:13 (UTC +04:00)
CAR-da güclü yanğında ölənlərin sayı 73-ə çatdı (YENİLƏNİB)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 73-ə çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi əlumat yayıb.

Bildirilib ki, ölənlərdən 7-si uşaqdır. Ölənlərin sayının artacağı istisna edilmir.

Son məlumata görə, 43 nəfər yaralanıb.

xxx

11:40

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 63-ə çatıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ölənlərin sayının artacağı istisna edilmir. Son məlumata görə, 43 nəfər yaralanıb.

xxx

10:40

Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın baş verən binada 200-ə yaxın insanın yaşadığı bildirilib. Hadisə nəticəsində azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır.

Hadisənin səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti