Bakı. Trend:
Türkiyə Daxili İşlər Nazirliyinin "narıncı" kateqoriya ilə axtarışa verdiyi FETÖ üzvü M.Ç. İstanbulda saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir qeyd edib ki, terrorçu Muğlada ələ keçirilib. O, terrorçulara qarşı mübarizənin qətiyyətlə davam etdiyini vurğulayıb.