Bakı. Trend:
Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Fars vilayətində sərnişin avtobusu aşıb.
Trend-in məlumatına görə, avtobusun aşması nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.