...

Bu ölkədə yeni iqtisadiyyat naziri təyin olunub

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 20:20 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyaya qarşı sanksiyaları dəstəklədiyinə görə vəzifəsindən azad edilən Serbiyanın iqtisadiyyat naziri Rade Bastanın yerinə təyinat olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Serbiya parlamentinin qərarı ilə bu vəzifəyə Slobodan Çvetkoviç gətirilib.

Məlumata görə, Səsvermədə iştirak edən deputatlardan 148-i S.Çvetkoviçin lehinə, ikisi isə əleyhinə səs verib.

Qeyd edək ki, Serbiyanın Baş naziri Ana Brnabiç Rusiyaya qarşı münasibəti və may ayında ölkədə baş verən silahlı hücumlardan sonra “Serbiya zorakılığa qarşı” şüarı ilə təşkil olunan hökumət əleyhinə nümayişlərə dəstək verdiyi üçün Rade Bastanın vəzifəsindən uzaqlaşdırılmasını təklif etmişdi.

Serbiya parlamenti iyul ayında bu ölkənin Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olduğunu bildirən Rade Bastanı vəzifəsindən kənarlaşdırmışdı.

Parlamentdə keçirilən etimad səsverməsində 149 deputat nazirin vəzifəsindən azad olunmasını dəstəkləmişdi. R.Bastanın dövlətin siyasətinə və milli mənafelərə zidd açıqlamalar verməsi səbəbindən vəzifəsindən azad olunduğu bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti