...

“Taxıl sazişi”nin bərpası BMT-nin ən mühüm vəzifələrindən biridir - Baş katib

Dünya xəbərləri Materials 7 Sentyabr 2023 19:46 (UTC +04:00)
“Taxıl sazişi”nin bərpası BMT-nin ən mühüm vəzifələrindən biridir - Baş katib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal ərzaq təhlükəsizliyinin təmini üçün “Taxıl sazişi”nin bərpası BMT-nin ən mühüm vəzifələrindən biridir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Antonio Quterreş bəyan edib.

O, bu gün mövcud olan bir sıra məhdudiyyətləri aradan qaldırmaq üçün mümkün olan hər şeyin edilməli olduğunu bildirib.

“Burada əsas məqsədlərdən biri Qara dəniz təşəbbüsünü bərpa etməkdir”, - deyə baş katib vurğulayıb.

Quterreş əlavə edib ki, “Taxıl sazişi”nin qaytarılması qarşılıqlı təminatlar sisteminin yaradılmasını tələb edir:

"Buna əsasən, Rusiya ərzaq və gübrə ixrac etmək imkanlarına arxayın olmalı, Ukraynadan taxıl ixrac etməkdə maraqlı olan ölkələr isə Rusiyanın Qara dəniz taxıl təşəbbüsünün bərpasına hazır olduğunu bilməlidirlər".

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya taxıl sazişinin bərpası barədə yalnız ölkənin kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti