...

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Hindistana səfər edəcək

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 08:37 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud sentyabrın 9-11-də Hindistana səfər edəcək və Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilib.

Məlumata əsasən, səfərin Hindistanın baş naziri Narendra Modinin dəvəti ilə baş tutacağı qeyd olunub.

“Bu səfər zamanı o [vəliəhd şahzadə] 9-10 sentyabr 2023-cü il tarixlərində Hindistanda keçiriləcək "G20" sammitində iştirak edəcək və dövlət səfəri üçün 11 sentyabr 2023-cü ildə Hindistanda qalmasını davam etdirəcək”, - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti