...

Astanada “Innoprom. Qazaxıstan-2023” beynəlxalq sənaye sərgisi keçiriləcək

Dünya xəbərləri Materials 24 Sentyabr 2023 04:50 (UTC +04:00)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

25-27 sentyabr 2023-cü il tarixlərində Astanada Rusiyanın ən böyük sənaye sərgisi "Innoprom. Qazaxıstan-2023" keçiriləcək. Sərgi ekspozisiyaları 12 min kvadratmetr sahəni tutacaq.

Trend xəbər verir ki, beynəlxalq sənaye tədbirinin təşkilatçısı Qazaxıstan Sənaye və Tikinti Nazirliyidir.

Sərginin iştirakçıları MDB ölkələrinin ən iri şirkətləri, milli və regional şirkətlər olacaq. Onlar nəqliyyat və aviasiya mühəndisliyi, kimya sənayesi və metallurgiya sahələrində tematik bölmələr təqdim edəcəklər.

Bundan əlavə, tədbir çərçivəsində təqdim olunan sahələrdə innovativ sənaye texnoloji inkişafları ziyarətçilərə nümayiş etdiriləcək.

Qeyd olunur ki, “İnnoprom”un keçirilməsi Qazaxıstan və Rusiya arasında siyasi, ticarət-iqtisadi əməkdaşlıq və iki ölkə arasında strateji tərəfdaşlıq məsələlərində sıx qarşılıqlı əlaqənin nümayişidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti