...

Özbəkistan və Böyük Britaniya arasında dialoq genişlənir

Dünya xəbərləri Materials 29 Sentyabr 2023 06:35 (UTC +04:00)
Özbəkistan və Böyük Britaniya arasında dialoq genişlənir
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya "UK GSP Enhanced Framework" çərçivəsində Özbəkistana benefisiar ölkə statusu verib.

Trend xəbər verir ki, bu sistem üzrə Özbəkistan mallarına üstünlüklər 2021-ci il noyabrın 1-dən tətbiq olunur. Nəticədə 2022-ci ildə Özbəkistandan Böyük Britaniyaya ixracın həcmi 35 faiz artıb.

Preferentlər sisteminin bütün üstünlüklərindən səmərəli istifadə işgüzar dairələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.

Bu, Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyevin Parlamentlərarası İttifaqın Britaniya Qrupunun sədri Karen Bredlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə qeyd olunub.

Özbəkistan və Böyük Britaniya arasında siyasi və diplomatik dialoqun genişləndirilməsi, parlament diplomatiyasının fəallaşdırılması, beynəlxalq arenada konstruktiv əməkdaşlığın davam etdirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Özbəkistanın yaxın gələcəkdə Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün həyata keçirilən tədbirlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti