...

Ərdoğan Brüsseldə keçiriləcək qlobal forumda iştirak edəcək

Dünya xəbərləri Materials 2 Oktyabr 2023 14:16 (UTC +04:00)
Ərdoğan Brüsseldə keçiriləcək qlobal forumda iştirak edəcək

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidan oktyabrın 25-26-da Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin ev sahibliyi ilə Brüsseldə keçiriləcək Qlobal Gateway Forumunda iştirak edəcəklər.

Trend-in TurkicWorld-a istinadən xəbərinə görə, bu barədə Türkiyənin Avropa İttifaqı (Aİ) yanında daimi nümayəndəsi, səfir Faruk Kaymakcı məlumat verib.

"Türkiyənin bu forumda iştirakı, onun Şərq-Qərb əlaqəsində nə qədər vacib bir ölkə olduğunu göstərmək üçün mühüm fürsətdir. Türkiyə ilə Aİ arasında yüksək səviyyəli dialoqlar çərçivəsində noyabr ayında miqrasiya, təhlükəsizlik və kənd təsərrüfatı mövzularında görüşlərin keçirilməsi planlaşdırılır”, - deyə Kaymakcı bildirib.

Faruk Kaymakcı qeyd edib ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır gələn həftələrdə Aİ ilə innovasiya və araşdırma mövzularında təmasları artırmaq, həmçinin, Türkiyənin iştirak etdiyi Ufuk Avrupa və Rəqəmsal Avropa proqramlarını həyata keçirmək üçün Brüsselə səfər edəcək.

Bundan başqa, Kaymakcı əlavə edib ki, qarşıdakı həftələrdə Aİ ilə keçiriləcək görüşlərdə miqrasiya və təhlükəsizlik, həmçinin terrorla mübarizə mövzuları hərtərəfli müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti