Bakı. Trend:
Avstriya hakimiyyəti Adolf Hitlerin doğulduğu evi polis bölməsinə çevirmək üçün 20 milyon avro xərcləyəcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Braunau şəhərindəki binanın 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Tikinti işləri artıq başlayıb.
Qeyd edək ki, ev 2011-ci ildən boşdur, 2016-cı ildə dövlətə verilib.