...

BMT TŞ-nin iclası Qəzzada baş verənlərlə bağlı bəyanat qəbul edilmədən başa çatıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2023 02:31 (UTC +04:00)
BMT TŞ-nin iclası Qəzzada baş verənlərlə bağlı bəyanat qəbul edilmədən başa çatıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasında (TŞ) Qəzza zolağı ətrafındakı vəziyyət müzakirə edilib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul olunmayıb.

Trend-in məlumatına görə, bu barədə iclas başa çatdıqdan sonra iştirakçılara məlumat veriblər.

Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier jurnalistlərə açıqlamasında deyib: "Biz ümumi bəyanatı müzakirə etmədik, lakin heç kim hər hansı mətn təklif etmədi". O vurğulayıb ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub.

ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, münaqişənin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. "Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti