...

İtaliya daha 380 vətəndaşını İsraildən təxliyə edib

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 03:36 (UTC +04:00)

Bakı. Trend:

İtaliya müharibə şəraitində olan İsraildən vətəndaşlarının təxliyəsini davam etdirir.

Trend-in məlumatına görə, göyərtəsində 200 italiyalı olan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə “Pratica di Mare” hava limanına gəlib. Həmçinin 180 nəfər “Neos” aviaşirkətinin sərnişin təyyarəsi ilə ölkəyə qayıdıb.

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani oktyabrın 11-də daha 500 italiyalının dörd təyyarə ilə ölkəyə qayıdacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti