...

Versal sarayı bomba təhlükəsi ilə bağlı həftə ərzində altıncı dəfə təxliyə elan edib

Dünya xəbərləri Materials 22 Oktyabr 2023 00:23 (UTC +04:00)
Versal sarayı bomba təhlükəsi ilə bağlı həftə ərzində altıncı dəfə təxliyə elan edib

Bakı. Tremd:

Oktyabrın 22-i yerli vaxtla səhər 11.50-də Versal sarayı təxliyə elan edib və bu, son günlər ərzində baş verən altıncı insidentdir.

Trend-in məlumatına görə, sarayın “X” sosial şəbəkəsindəki akkauntunda deyilir: “Versal sarayının ziyarətçiləri təhlükəsizlik baxımından təxliyə olunublar. Saray müvafiq yoxlama aparıldıqdan dərhal sonra açılacaq. Biz sizin anlayışınızı dəyərləndiririk”.

Fransa polisinin məlumatına görə, təxliyə bomba partlayışı təhlükəsi ilə əlaqədar yaranıb.

Versal sarayında buna bənzər birinci insident ötən şənbə - oktyabrın 14-də baş vermişdi. Həmin vaxt bir gün əvvəl institutda müəllimin qətli baş verdikdən sonra ölkə terrorizmə maksimum şəkildə hazır vəziyyətdə idi.

Üç gün sonra, çərşənbə axşamı – oktyabrın 17-də Versal sarayı yenidən bütün gün ərzində bağlanaraq, oradakı turistləri növbəti partlayış təhlükəsi ilə bağlı təxliyə edib. Belə vəziyyət çərşənbə və cümə axşamları da yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti