Bakı. Trend:
Fransa Ermənistana hərbi müşavir göndərəcək və Ermənistan ordusu üçün xüsusi qruplar hazırlayacaq.
Trend xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastian Lökornü deyib.
Fransalı nazir, həmçinin, "X" sosial şəbəkəsində Ermənistanla əməkdaşlığa başladıqları proqram və istiqamətlərə dair məlumat paylaşıb.
Xatırladaq ki, Fransanın müdafiə naziri bir qədər əvvəl Ermənistana "müdafiə xarakterli" silah-sursat və hərbi texnikanın satılacağını bildirib.
Fransalı nazir konkret olaraq hansı hərbi texnikanın satılacağını açıqlamasa da, "bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacağını" deyib.
Göründüyü kimi, Fransa Ermənistana silah sataraq ölkəni Azərbaycana qarşı yeni müharibəyə təhrik edir və Ermənistanda revanşizmi gücləndirməklə bölgədə gərginliyi daha da artırmaq məqsədi güdür. Açıq-aşkar görünür ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması rəsmi Parisin maraqlarına xidmət etmir.