...

Ermənistanda Balasanyana qarşı cinayət işi açıldı

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 16:41 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan İstintaq Komitəsi separatçıların qondarma "təhlükəsizlik şurasının sədri" olmuş Vitali Balasanyana qarşı cinayət işi başladıb.

Trend xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb.

Bildirilib ki, Balasanyan qanunsuz silah saxlamaqda ittiham olunur.

"Makarov" tipli silahı təhvil verən Balasanyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz yolla silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) üzrə iş açılıb.

Qeyd edək ki, Ermənistanda bu maddə ilə azadlıqdan məhrum etmə müddəti maksimum üç ildir.

Xəbər lenti

Xəbər lenti