...

Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək - Özhaseki

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 22:13 (UTC +04:00)
Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək - Özhaseki

Bakı. Trend:

Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.

“Hatayda 220 min 66 təbii fəlakət iqamətgahı, 34 min 129 kənd evi, 55 min 677 anbar və iş yeri daxil olmaqla cəmi 309 min 872 tikili inşa ediləcək" – deyə Özhaseki bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti