Bakı. Trend:
Nigeriya Hərbi Hava Qüvvələri ölkənin şimal-qərbində silsilə zərbələr nəticəsində 100-dən çox silahlını məhv edib.
Trend-in məlumatına görə, bu barədə Nigeriya Müdafiə Nazirliyinin İdarəs rəisi, general-mayor Edvard Buba deyib.
Onun sözlərinə görə, əməliyyat bu yaxınlarda Niger və Zamfara ştatları arasındakı inzibati sərhəddə həyata keçirilib.
O qeyd edib ki, "Qərbi Afrikadakı İslam Dövləti" qruplaşmasının ("İslam Dövləti"nin bir hissəsi) terrorçularının bazaları da daxil olmaqla, hədəfli zərbələr endirilib.