...

İlk xarici həkim heyəti "Rafah" buraxılış məntəqəsindən Qəzzaya keçib

Dünya xəbərləri Materials 27 Oktyabr 2023 14:24 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Xarici həkimlərin ilk heyəti "Rafah" nəzarət-buraxılış məntəqəsindən Qəzza bölgəsinə keçib.

Trend xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, xarici həkimlərdən ibarət nümayəndə heyəti növbəti humanitar yük maşınları ilə eyni anda Qəzza bölgəsinə buraxılıb.

Həkimlər "Rafah" məntəqəsi vasitəsilə Qəzzaya keçməzdən əvvəl Misir ərazisində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüşüb. Nümayəndə heyətinin tərkibinə neçə həkimin daxil olduğu qeyd olunmayıb.

Xatırladaq ki, bundan bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında döyüşlərin xəstəxanalara yardım göndərilməsinə mane olduğunu bildirib və dərhal humanitar atəşkəs rejimi elan etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbər lenti

Xəbər lenti