...

İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Dünya xəbərləri Materials 28 Oktyabr 2023 21:47 (UTC +04:00)
İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusunun ölkənin şimalındakı bölmələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Hertsi Halevi deyib.

"Hizbullah"ın İsrail vətəndaşlarına və İsrail ordusunun əməkdaşlarına zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün şimal sərhədi boyunca çox yüksək səviyyədə hazırlıq vəziyyətindəyik", - deyə Baş Qərargah rəisi bildirib.

O əlavə edib ki, İsrail hərbi rəhbərliyi bütün istiqamətlərdə baş verən hadisələri diqqətlə izləyir və hər cür hadisələrə cavab verməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti